İran Prezidenti Paşinyanla danışdı
AZƏRBAYCANLA SƏRHƏDDƏ BAŞ VERƏNLƏR...

İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

 

İRNA xəbər verir ki, telefon danışığı zamanı tərəflər qarşlılıqlı əlaqələri müzakirə ediblər.

 

İbrahim Rəisi bildirib ki, iki ölkə arasında dərin tarixi əlaqələr mövcuddur. Tehran və İrəvan arasında davamlı iqtisadi əməkdaşlıq səviyyəsinin artırılması zəruridir.

 

“Üçtərəfli atəşkəs bəyanatını imzalayan dövlətlərin onun müddəalarına sadiq qalması və qalan məsələlərin dialoq və diplomatik yolla həlli Qafqaz regionunda sülh və təhlükəsizliyin bərqərar olmasının ən yaxşı yoludur”, – deyə Rəisi qeyd edib.

 

Nikol Paşinyan telefon danışığı zamanı Azərbaycanla sərhəddə baş verən qarşıdurmalar barədə məlumat verib.

 

Ermənistanın Baş naziri Tehran-İrəvan əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib və ölkəsinin iki ölkə arasında yüklərin tranzitini asanlaşdırmağa, infrastruktur, o cümlədən yol və enerji sahələrində əməkdaşlığı artırmağa hazır olduğunu vurğulayıb.(APA)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.