Avqustun sonunadək Azərbaycan, Ermənistan və Rusiya Federasiyası arasında yüksək səviyyəli üçtərəfli təmasların keçirilməsi planlaşdırılır.
Senzor.az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi İnformasiya və çap departamentinin direktor müavini İvan Neçayev açıqlama verib.
“Avqustun sonuna qədər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının müxtəlif yolları üzrə yüksək səviyyədə üçtərəfli təmasların təşkili planlaşdırılır”, - deyə o bildirib.