Rusiya “Zelenski Fondu” yaradır - MƏQSƏD?

Rusiya Qərbi Avropada Ukrayna Prezidenti Volodimir Zelenskini nüfuzdan salmaq üçün informasiya savaşına hazırlaşır.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.

 

Məlumatda qeyd olunub ki, Rusiya Federasiyası Prezidentinin administrasiyası ölkənin xüsusi xidmət orqanlarına bağlı yeni strukturun yaradılmasına qərar verib.

 

Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, kampaniya müəllifləri “Zelenski Fondu” adı altında saxta sayt yaratmağı planlaşdırırlar. Bu fond vasitəsilə xarici ölkə vətəndaşlarına və beynəlxalq qurumlara müxtəlif təkliflərin göndərilməsi nəzərdə tutulur.

 

"Fondun çeşid xətti"nin yaradılması və sonradan nəşri, onun Avropanın ticarət meydançalarında qeydiyyata alınması planlaşdırılır. Fondun Avropa ölkələrində təşkilati strukturunun işinin "şəbəkə" prinsipi əsasında inkişaf etdirilməsi hədəflənir. Bu, təşkilatçıların fikrincə, göstərilən məlumatların Avropa media məkanında fəal şəkildə yayılmasına imkan verəcək", - deyə kəşfiyyat məlumatında qeyd olunub.

 

Diqqətə çatdırılıb ki, Rusiya bununla qarşısına Avropa ölkələrində Zelenskini nüfuzdan salmaq məqsəd qoyub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.