İşğal zamanı Laçının Zabux kəndində qanunsuz məskunlaşdırılmış ermənilər növbəti dəfə vandallıq törədiblər.
Senzor.az bildirir ki, onlar Laçın meşələrinə od vurublar.
Laçın-Zabux yolunda olan həmin ərazinin külə dönməsini əks etdirən görüntülər erməni mediasında əsas xəbərə çevrilib.
Qeyd edək ki, bu cür addımlar ilk dəfə deyil ki, baş verir. Azərbaycan ərazisində məskunlaşmış ermənilər 44 günlük Vətən Müharibəsi zamanı və ondan sonra da analoji addımlar atmışdılar.
Dünən isə Zabuxda qanunsuz məskunlaşan erməni sakinin yaşadığı evə od vurmasına dair görüntülər yayılmışdı.
Xatırladaq ki, ermənilər avqustun 25-nə qədər Laçın şəhərini, Zabux və Susanı boşaltmalıdırlar.