İran rus və erməni hərbçilərinə PUA təlimi keçdiyini təsdiqlədi
+ BELARUSLARA DA

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Kaşan aviabazasında Rusiya ilə birgə pilotsuz uçuş aparatları (PUA) təlimləri keçirildiyini təsdiqləyib.

 

Bu barədə SEPAH-ın Aerokosmik Qüvvələri  komandanının baş müşaviri, briqada generalı Əli Balali məlumat verib.

 

O əlavə edib ki, təlimlərdə Belarus və Ermənistan hərbçiləri də iştirak edirlər.

 

Dörd ölkənin 70-dən çox hərbi qulluqçusu üç gün ərzində hava kəşfiyyatı, hava dəstəyi və artilleriya atəşinin tənzimlənməsi, gecə kəşfiyyatı və fasiləsiz kəşfiyyat da daxil olmaqla beş mərhələdə təlimlər keçəcək.

 

Balali qeyd edib ki, təlim İranın sülh və dostluq mesajını çatdırmaq, təcrübə və hərbi nailiyyətləri digər ölkələrə ötürmək məqsədi daşıyır.

 

Modern.az xatırladır ki, ABŞ Dövlət Departamenti sözçüsünün müavini Vedant Patel avqustun 10-da Rusiya hərbçilərinin İranda PUA təlimləri keçdiyini bildirmişdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.