Türkiyənin milli müdafiə naziri Hulusi Akarla ukraynalı həmkarı Oliksiy Reznikov arasında telefon danışığı olub.
Senzor.az bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, tərəflər Ukraynadakı son durumu, o cümlədən taxıl ixracını müzakirə ediblər.
Akar Türkiyənin bundan sonra da öhdəsinə düşəni icra edəcəyini vurğulayıb.