Rusiya Prezidenti Vladimir Putin Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevlə telefonla danışıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, liderlər sentyabrda Səmərqənddə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinə hazırlığı müzakirə ediblər.
"Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub. Şanxay Əməkdaşlıq Təşkilatının sentyabrda Səmərqənddə keçiriləcək sammitinə hazırlıq müzakirə edilib. Bu kontekstdə ŞƏT-in yüksək beynəlxalq nüfuzu, təşkilatın regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə verdiyi töhfə qeyd edilib”, - məlumatda deyilir.
Bundan əlavə, Rusiya-Özbəkistan strateji tərəfdaşlıq və müttəfiqliyinin daha da inkişaf etdirilməsi məsələlərinə toxunulub.