Xəbər verdiyimiz kimi, bu gün “Qarabağ” (Ağdam) komandası UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxıb.
Senzor.az xatırladır ki, “Qarabağ”ın rəqibi Çexiyanın “Viktoriya Plzen” klubu olub.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matç heç-heçə başa çatıb - 0:0.
Sloveniyalı baş hakim Slavko Vinçiçin idarə etdiyi qarşılaşma qarşılıqlı hücumlar şəraitində keçsə də, hesab açılmayıb.
Qeyd edək ki, cavab qarşılaşması avqustun 23-də Plzendəki “Dusan Arena”da oynanılacaq. Həmin matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bu turu keçən komanda mübarizəni UEFA Çempionlar Liqasının qrup mərhələsində davam etdirəcək. Məğlubiyyətə uğrayan klub isə UEFA Avropa Liqasının qrup oyunlarına qatılacaq.
**09:37
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında (ÇL) növbəti oyununu keçirəcək.
Senzor.az bildirir ki, Azərbaycan çempionu Bakıda Çexiyanın “Viktoriya” (Plzen) komandasını qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq.
Qeyd edək ki, bu komandalar indiyədək avrokuboklarda bir dəfə qarşılaşıblar. 2016/2017 mövsümündə ÇL-in III təsnifat mərhələsinə təsadüf edən dueldə Plzen təmsilçisi üstün olmuşdu. Belə ki, Çexiyadakı matçda qolsuz, Bakıdakı görüşdə isə 1:1 hesablı heç-heçə qeydə alınmış və qonaqlar səfər qolu sayəsində mərhələ adlamışdılar. Bu mənada bugünkü qarşılaşma Qurban Qurbanovun yetirmələri üçün həm də revanş xarakteri daşıyır.
Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyun
17 avqust
20:45. “Qarabağ” (Azərbaycan) – “Viktoriya” (Plzen, Çexiya)
Hakimlər: Slavko Vinçiç, Tomaj Klançnik, Andraj Kovaçiç, Rade Obrenoviç (hamısı Sloveniya)
VAR hakimləri: Neyts Kaytazoviç, Yure Praprotnik (hər ikisi Sloveniya)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
Onu da qeyd edək ki, cavab qarşılaşması avqustun 23-də Plzendəki “Dusan Arena”da oynanılacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.