Ukrayna Prezidentinin Ofisi: “Krım körpüsü dağıdılmalıdır” - FOTO

"Krımdakı partlayışlar təkrarlana bilər".

 

Senzor.az bildirir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak “The Guardian” nəşrinə müsahibəsində deyib.

 

“Əlbəttə, yaxın 2-3 ay ərzində bu cür hadisələr daha çox ola bilər. Bu baxımdan Rusiya Müdafiə Nazirliyinin proqnozu ilə razıyam”, - o bildirib.

 

Podolyak həmçinin Krım körpüsünün hədəf olduğunu söyləyib: “Bu, qanunsuz tikilib. Həmin körpü Krımda Rusiya ordusunun əsas təchizat qapısıdır. Bu cür obyektlər məhv edilməlidir”. 

Senzor.az-dan xatırlatma: Krım körpüsü həm də Kerç körpüsü alandırılır. Körpü Kerç və Taman yarımadalarını birləşdirir. Körpü həm də Tuzla adası ilə Tuzla dilini birləşdirir. Körpü iki paralel hissədən — avtomobil yolundan və dəmiryol xəttindən ibarətdir. Körpünün ümumi uzunluğu 19 km-dir. Krım körpüsü Rusiya ərazisində tikilən ən uzun körpü hesab olunur. Bəzi mənbələrdə isə körpü Avropanın ən uzun körpüsü hesab olunur. Körpünün bir hissəsi mübahisəli Krım ərazisinə daxildir.

 

Körpünün tikilməsi ideyası Krımın Rusiyaya birləşdirilməsindən sonra meydana gəlib. Ukrayna və Rusiya arasında olan münasibətlərin korlanmasından sonra ruslar Krımın Ukraynadan asılılığını azaltmaq üçün körpü tikintisinə start verdilər. Avtomobil yolu 2018-ci ildə istifadəyə verilsə də, dəmiryol xətti 2019-2020-ci illərdə mərhələli şəkildə istifadəyə verildi…






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.