Lvovda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Volodimir Zelenski və BMT-nin Baş katibi Antoniu Quterreş arasında üçtərəfli görüş olub.
Bu barədə “Anadolu” məlumat yayıb.
Görüş təxminən 40 dəqiqə davam edib.
Tərəflər Ukraynada müharibənin diplomatik yollarla dayandırılması, taxıl dəhlizinin fəaliyyəti və digər məsələləri müzakirə ediblər.
Qeyd edək ki, Zelenski bundan əvvəl Ərdoğan və Quterreşlə təkbətək görüşlər keçirib.