Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antoniu Quterreşin iştirakı ilə keçirilən üçtərəfli görüşdən sonra vurğulayıb ki, Rusiya ilə dialoq yalnız işğalçı qüvvələrin Ukrayna ərazisindən tamamilə çıxarılacağı təqdirdə mümkün olacaq.
UNİAN xəbər verir ki, o bu barədə avqustun 18-də Lvovda keçirilən görüşdən sonra birgə mətbuat konfransında bildirib.
Eyni zamanda, Türkiyə Prezidentinin dediyi kimi, görüşdən sonra həm Zelenski, həm də Quterreş Ukraynadakı müharibənin danışıqlar masası arxasında dayandırılması ilə bağlı razılığa gəliblər.