Ermənistanın xüsusi təyinatlıları Laçının mərkəzində + RUSİYA QOŞUNLARI, DAŞNAKLAR VƏ... AZƏRBAYCAN JURNALİSTİ
VİDEO

Dünən haqqin.az portalının rəhbəri, məşhur araşdırmaçı jurnalist Eynulla Fətullayevin Laçın dəhlizi və Zabux kəndindən hazırladığı xüsusi reportajı diqqətinə çatdırmışdıq (https://senzor.az/bas-yazi/10967-andranik-ve-dasnaklar-azerbaycanla-son-doyuse-hazirlasirlar-.html).

 

Məlum olduğu kimi, İkinci Qarabağ müharibəsinin bitdiyi gün Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçıları tərəfindən imzalanmış Üçtərəfli Bəyanatın tələbinə əsasən, Ermənistanın işğalçı qüvvələri və Rusiya sülhməramlı kontingenti qoşunlarını alternativ dəhlizin - hansı ki, Rusiyanın Qarabağdakı məsuliyyət zonası ilə Ermənistan arasında kommunikasiya marşrutuna çevriləcək, -  tikintisi başa çatdıqdan sonra Laçının rayon mərkəzindən, eləcə də Zabux və Sus kəndlərindən çıxarmalıdırlar. Azərbaycan hökuməti yeni dəhlizin  özünə aid olan hissəsinin  tikintisini artıq başa çatdırıb. Ermənistanın baş naziri Nikol Paşinyan isə qoşunları avqustun sonunadək çıxarmağa hazır olduğunu bəyan edib.

 

Həmin ərazilərdə qanunsuz olaraq məskunlaşdırılmış ermənilərin böyük hissəsi (əsasən, Suriyadan və Livandan olan mühacirlər) işğal zonasını tərk edib. Lakin erməni revanşist qüvvələri müxtəlif təxribatlara əl ataraq, üçtərəfli sazişin yerinə yetirilməsinə müqavimət göstərməyə çalışırlar.

 

Laçında, Zabuxda nələr baş verir? 


Senzor.az bu dəfə haqqin.az-ın reportyor qrupunun Laçın dəhlizində baş verən hadisələrlə bağlı hazırladığı videoreportajı diqqətinizə çatdırır. 

 

Onu da qeyd edək ki, bu video haqqin.az portalında və “Eynulla Fətullayev” YouTube kanalında yerləşdirilib.

 

Mütləq baxın...






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.