İran Silahlı Qüvvələrinin Quru Qoşunları sabahdan ölkənin şimal-qərb bölgəsində hərbi təlimlərə başlayacaq.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İran Quru Qoşunlarının komandanı, general Kyumərs Heydəri deyib.
Onun sözlərinə görə, “Fatihan Xeybər” adlı təlimlərdə zirehli texnika, pilotsuz uçuş aparatları, helikopterlərdən istifadə olunacaq.
K.Heydəri deyib ki, hərbi təlimlərin keçirilməsində məqsəd bölgədə İran ordusunun hərbi gücünün artırılmasıdır. Əlavə edib ki, bu təlimlər ölkənin müxtəlif bölgələrində xüsusi rəqvim planı əsasında keçirilir.
Qeyd edək ki, İranın şimal-qərb bölgəsi Ərdəbil, Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Zəncan əyalətlərini əhatə edir.
**