Makronun güc tətbiqinə qarşı Fransanın 150 şəhər və qəsəbəsində ETİRAZ NÜMAYİŞLƏRİ
YENİLƏNİB, FOTO/VİDEO

Fransanın şəhər və qəsəbələrində Emmanuel Makronun güc tətbiqinə qarşı etiraz nümayişləri davam edir.


Senzor.az bildirir ki, ölkənin 150-dən çox şəhər və qəsəbəsində təşkil olunan etiraz nümayişləri “Emmanuel Makronun çevrilişi və demokratiya uğrunda yürüş” təşəbbüsü ilə Tələbə və Lisey Həmkarlar İttifaqları tərəfindən keçirilir. Solçu partiyaların rəhbərləri də nümayişçilərə qoşulub.


Parisdə Bastiliya meydanına toplaşmış nümayişçilər Nation meydanına doğru irəliləyib. “Fransız xalqı üsyan edir, onlar inqilaba başladılar”, - deyə “Əyilməz Fransa” partiyasının rəhbəri Jan-Lük Melanşon nümayiş korteji yola düşməzdən əvvəl bildirib. O vurğulayıb ki, fasilə, barışıq olmayacaq.

Jan-Lük Melanşon fransızları döyüş və uzunmüddətli mübarizəyə çağıraraq bu ölkədə ən güclü onun xalqı olduğunu deyib. “Əyilməz Fransa” partiyası Makronun çevrilişi, eləcə də M.Barnyenin baş nazir təyin olunmasına etiraz səfərbərliyinə qatıldığını bildirib. “Mən sizi uzunmüddətli döyüşə və mübarizəyə çağırıram, senzuraya səs verəcəyik. Vətəndaşlara hörmət edilməlidir”, - deyə Melanşon bəyan edib.

Nümayişin təşkilatçıları olan qəzəbli tələbələr isə Makronun rəhbərliyi altında daha bir semestr keçirmək istəmədiklərini bildiriblər.


Nümayişçilər əllərində “İstefa ya da inqilab”, “Makron istefa”, “Qərb diktaturasına STOP”, “Sənə (Makrona) qarşı müharibədəyik”, “Demokratiya skandal”, “Müqavimət” kimi şüarlar səsləndiriblər.


Qeyd edək ki, bu gün Fransanın 150 şəhər və qəsəbəsində fransızlar Makronun xalqın səsinə, seçkilərin nəticələrinə hörmət etmədiyinə görə onun istefasını tələb edir və etiraz nümayişlərinə başlayıblar. Nümayişlərin uzunmüddətli olacağı bildirilir.


**14:51


Sentyabrın 7-də Fransada Emmanuel Makrona qarşı tələbə və lisey təşkilatlarının təşəbbüsü ilə etiraz nümayişləri keçirilir. Bu nümayişlər bütün solçu partiyalar (NFP, LFI, PCF, Ekoloqlar) tərəfindən dəstəklənir.

 

Ölkənin 150-dən çox şəhər və qəsəbəsində keçirilən nümayişlər “Emmanuel Makronun çevrilişinə qarşı və demokratiya uğrunda yürüş” devizi ilə Tələbə və Lisey Həmkarlar İttifaqları tərəfindən təşkil olunur.

 

“Gəncləri ifrat sağçıların hakimiyyətə gəlməsinə və cəmi bir ayda üç seçkidə ağır məğlubiyyətə uğrayan Emmanuel Makrona qarşı səfərbər etmək bizim vəzifəmizə çevrildi. Makrona və ifrat sağa qarşı çox aydın səs vermişdik. İndi isə ifrat sağın dəstəyi olan Makron hökumətini görürük. Bu aktın əhatə dairəsi hələ dərk edilmir”, – deyə Tələbə və Lisey Həmkarlar İttifaqının sədri Manes Nadel bildirib. 

Hazırda təxminən 150 yerdə nümayiş qeydə alınıb. Əvvəlcə nümayişlərə 15 min nəfərin qoşulacağı gözlənilirdi. Lakin polis mənbələrinin məlumatında paytaxt Parisdə nümayişçilərin sayının 8 minədək artacağı, ölkə üzrə isə 30 mindən çox olacağı bildirilir.

 

Solçuların baş nazir postuna namizədi Lüsi Kastet RTL televiziya kanalında müsahibəsində məsələ ilə bağlı belə deyib: “Hesab edirəm ki, fransızların qəzəblərini küçələrdə ifadə etmələri tamamilə qanunidir. Nümayiş demokratik vasitələrin bir hissəsidir. Bu, seçkilərdə səslərimiz nəzərə alınmadığı üçün etiraz nümayişidir”.

 

Azərtac xatırladır ki, prezident Emmanuel Makronun Mişel Barnyeni baş nazir təyin etməsi ölkədə ciddi narazılıq doğurub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.