İran hakerləri Trampın seçki sənədlərini oğurlayıb... BAYDENƏ GÖNDƏRİBLƏR?


ABŞ kəşfiyyatı güman edir ki, iranlı hakerlər Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın seçki qərargahından daxili sənədləri oğurlayaraq mediaya və hazırkı dövlət başçısı Cozef Baydenlə əlaqəli şəxslərə göndəriblər.

 

Senzor.az bildirir ki, ABŞ xüsusi xidmət orqanlarının birgə bəyanatında belə deyilir.

 

Bəyanat ABŞ-ın Federal Təhqiqatlar Bürosu, Milli Kəşfiyyat Direktorunun Ofisi və Kibertəhlükəsizlik İnfrastruktur Agentliyinin adından yayılıb.

 

"İyunun sonu və iyulun əvvəlində kiberməkandakı iranlı cinayətkarlar Prezident Baydenin seçkiqabağı qərargahı ilə bağlı şəxslərə elektron poçt göndəriblər. Bu məktublarda Trampın seçki qərargahından oğurlanan elektron sənədlərdən çıxarışlar var idi", - bəyanatda deyilir.


İran hakimiyyəti isə ittihamları qəti şəkildə rədd edərək, ölkənin ABŞ seçkilərinə müdaxilə etmək üçün heç bir motivinin olmadığını bildirib və heç vaxt başqa ölkələrdə demokratik proseslərə xələl gətirmək məqsədi daşıyan addımlar atmadıqlarını vurğulayıb. İran rəsmiləri deyirlər ki, ittihamlar Tehranı və onun siyasi sistemini gözdən salmağa yönəlmiş daha geniş kampaniyanın tərkib hissəsidir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.