Separatçılar toplanır:
BAKIYA QARŞI NÖVBƏTİ TƏXRİBAT...

Qarabağda anti-terror əməliyyatından bir il ötür. Ötən il Xankəndidə məhv edilən separatçı dəstənin bir hissəsi həbs edilərək, qanun qarşısına çıxarıldı, bir hissəsi isə İrəvana qaçdı. İrəvana qaçan separatçılar hələ də iddialarını davam etdirir.

 

Publika.az xəbər verir ki, bu gün separatçılar məhv edilən qondarma rejimin “yas mərasimini” keçirməyə və Azərbaycana qarşı növbəti təxribata hazırlaşırlar.

 

Ləğv edilmiş qondarma rejimin sonuncu “başçısı” Samvel Şahramanyan dəstəsi ilə “Yerablur”a (məhv edilən ermənilərin dəfn olunduğu yer) baş çəkəcək. Daha sonra “Müqəddəs xaç” kilsəsində görüş keçirəcək. Görüşdə qondarma “artsax” ideyasının davam etdirilməsi, Azərbaycana qarşı atılacaq addımlar müzakirə olunacaq.

 

“Hraparak” nəşri yazır ki, bu addımlar rəsmi İrəvanda narahatlıq yaradıb. Ermənistan hakimiyyəti separatçıların fəallığını qəbul etmir, bu kimi fəaliyyətlərin Azərbaycanla qarşıdurmaya səbəb olacağını, nəticə etibarilə, ölkənin təhlükəsizliyini təhdid etdiyini düşünür. Artıq hakimiyyətin bütün komandasına göstəriş verilib. Gün ərzində təbliğat ötən il Qarabağda baş verənlərə görə qondarma “artsax” “liderləri”nin günahkar olduğu yönündə qurulacaq.

 

Nəşr iddia edir ki, Ermənistan hakimiyyəti separatçılar arasında daxil çəkişmələri qızışdırmaq üçün bütün imkanlarını işə salıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.