Avropanın ən böyük çayı olan Dunay Macarıstanın paytaxtında məcrasından çıxıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Budapeştdəki Macarıstan parlamentinin binasını su basıb.
Macarıstanın baş naziri Viktor Orban deyib ki, Budapeştdə daşqının pik həddi sentyabrın 21-i axşam saatlarında gözlənilir.
Qeyd edək ki, o, bir neçə gün əvvəl Macarıstandakı daşqınlar səbəbindən Avropa Parlamentindəki çıxışını da ləğv etdiyini açıqlamışdı.