Gürcüstanın Ukraynadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Bbu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko açıqlama yayıb.
Nikolenko əlavə edib ki, səfir Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin saxlanmasının səbəbləri və şərtləri barədə rəsmi məlumat almaq üçün Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb.
"Report" xatırladır ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu gün keçmiş prezident Mixail Saakaşvilinin saxlanıldığını şəxsən bəyan edib.