
Senzor.az bildirir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.
İclasda Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış 2021-ci il 2 fevral tarixli “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə Sərəncamdan irəli gələrək hazırlanmış “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində təklif olunan tədbir və layihələrin dövlət büdcəsi ilə əlaqələndirilməsi və maliyyələşməsi (resurs zərfi) və digər aktual məsələlər müzakirə olunub.
