Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşdülər –
PAKİSTANDA
İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının İslamabadda keçirilən növbədənkənar iclası çərçivəsində bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
 
Senzor.az Xarici İşlər Nazirliyinə istinadən bildirir ki, nazirlər iki qardaş ölkə arasındakı strateji münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıblar.
 
Tərəflər, Azərbaycan və Türkiyə liderlərinin təşəbbüsü ilə irəli sürülən "3+3" əməkdaşlıq formatının ilk görüşünün nəticələrini müzakirə edərək əməkdaşlıq mexanizminin irəli aparılmasında maraqlı olduqlarını bildiriblər.
 
Görüş zamanı nazirlər, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq istiqamətləri, habelə hər iki ölkənin birgə iştirak etdiyi üçtərəfli əməkdaşlıq formatları ilə bağlı məsələləri və növbəti aylarda bu istiqamətdə atıla biləcək addımları müzakirə ediblər.
 
Tərəflər, həmçinin bölgədəki cari vəziyyət, üçtərəfli bəyanatların icrası, post münaqişə kontekstində bölgə ölkələri arasında münasibətlərin normallaşdırılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.