“Regionda Ermənistanla son zamanlar etimadı artıran əlaqələrimiz davam edir. Birbaşa əlaqələrimiz üçün qarşılıqlı xüsusi nümayəndələrimizi təyin etdik və ən qısa zamanda xüsusi nümayəndələrimiz bir araya gələcəklər”.
APA-nın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada səfərdə olan Malayziyanın xarici işlər naziri Dato Saifuddin Abdullahla birgə keçirilən mətbuat konfransında deyib.
M.Çavuşoğlu bildirib ki, yaxın gələcəkdə Ermənistana birbaşa təyyarə reysləri fəaliyyətə başlayacaq: “Daha öncə “Atlas Global” şirkətləri uçuşları təmin edirdi, hazırda bəzi şirkətlərin müraciətləri olub. Nəqliyyat və İnfrastruktur Nazirliyi və Mülki Aviasiya İdarəsi ilə bərabər bu istiqamətdə işlər davam edir, bu müraciətlərə baxılır”.
M.Çavuşoğlu bir daha vurğulayıb ki, Ermənistanla bağlı verilən bütün qərarlarda Azərbaycanla birgə məsləhətləşmələr aparılır və qərar verilir: “Bizim arzumuz Cənubi Qafqazda sülhün bərqərar olması, Zəngəzur dəhlizinin açılmasıdır”.