
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İran xarici işlər nazirinin xüsusi siyasi məsələlər üzrə müşaviri Əli Əsgər Haci məlumat verib.

İran rəsmisinin sözlərinə görə, prezidentlərin görüşündən əvvəl XİN rəhbərləri səviyyəsində görüşün keçirilməsi də planlaşdırılır.
Xatırladaq ki, Rusiya, İran və Türkiyə liderləri 2020-ci il iyulun 1-də virtual formatda keçirilən görüşdə Suriya məsələsini müzakirə etmiş və növbəti görüşün Tehranda keçirilməsi barədə razılığa gəlmişdilər.