Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Baş nazirinin müavini Aleksey Overçukla görüşüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, görüşdə Ermənistan baş nazirinin müavini Mger Qriqoryan və Rusiyanın bu ölkədəki səfiri Sergey Kopırkin də iştirak ediblər.
Tərəflər Ermənistan, Rusiya və Azərbaycan Baş nazir müavinlərinin üçtərəfli İşçi Qrupunun fəaliyyəti ilə bağlı danışıblar.
Xatırladaq ki, A.Overçuk Ermənistan və Azərbaycan arasında iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilən Üçtərəfli İşçi Qrupunun rusiyalı həmsədridir.