
Senzor.az bildirir ki, mətbuat konfransı 4 saata yaxın çəkib. Rusiya lideri yerli və xarici jurnalistlərin, ölkə vətəndaşlarının müxtəlif mövzulara aid çoxsaylı suallarını cavablandırıb.
Rusiya Prezidenti Vladimir Putinin Moskvada, “Manej” mərkəzi sərgi salonundakı böyük mətbuat konfransı başlayıb.
** 14:27
Senzor.az bildirir ki, COVID-19 səbəbindən mətbuat konfransında iştirak edən media nümayəndələrinin sayına məhdudiyyət qoyulub – brifinqə 500 jurnalist buraxılıb.
Qeyd edək ki, Vladimir Putinin ilin yekunlarına həsr olunmuş böyük mətbuat konfransı artıq ənənə halını alıb. Bu, onun 17-ci belə mətbuat konfransıdır..
Prezident jurnalistlərə mövzu seçimində məhdudiyyət qoymur. Suallar bir qayda olaraq, Rusiyanın daxili və xarici siyasətinin müxtəlif sahələrinə toxunur, bəzən isə dövlət başçısının şəxsi həyatına aid olur...