Qırğızıstan-Tacikistan sərhədində yenə insident olub.
Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Mühafizə Xidməti məlumat yayıb.
Belə ki, Tacikistan vətəndaşları sərhədə yaxın yerdə Qırğızıstan sakinlərinin avtomobillərinə daş atıblar.
Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd xidməti ölkə vətəndaşlarının xəsarət almadığını bildirib.
İnsidentdən dərhal sonra Qırğızıstan və Tacikistan sərhəd zastavalarının rəisləri arasında görüş keçirilib və onlar vəziyyəti sabitləşdirmək üçün əlavə sərhəd patrulları yerləşdiriblər.
“Report” xatırladır ki, Tacikistanla Qırğızıstan arasındakı sərhədin uzunluğu 980 km-dir, Sovet İttifaqının dağılmasından sonra orada mübahisəli hissələr qalıb. Hazırda sərhədin delimitasiyası və demarkasiyası prosesində 580 km-ə yaxın yol təsvir edilib. Bəzi ərazilərdə vaxtaşırı yerli sakinlər arasında mübahisələr yaranır.