Azərbaycan Ermənistana qarşı daha bir neçə iddia qaldıracaq -
XİN RƏHBƏRİ ANONS VERDİ
Üzbəüz
“Yaxın vaxtlarda bir neçə konvensiya üzrə, əsasən ekologiya, ətraf mühitə dəymiş ziyan, Azərbaycanın enerji resurslarından qanunsuz istifadəyə dair Ermənistanı məsuliyyətə cəlb etmək üçün rəsmi Bakı beynəlxalq məhkəmələrə müraciət edəcək”. Senzor.az bildirir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2021-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu, 2022-ci ildə qarşıda duran əsas vəzifələrdəndir.