Bu gecə Rusiyanın Mahaçqala şəhərində 40-ya yaxın şəxs polislərə hücum edib.
RBK-nın məlumatına əsasən, hücum edən şəxslər arasında silahdan istifadə edən də olub.
Hadisə şahidləri bildiriblər ki, yolda təmir işi aparan fəhlələr əraziyə giriş-çıxışı bağlayıblar. Bu isə həmin ərazidə yaşayan sakinləri narazı salıb. Onlardan bir qrupu ilə fəhlələr arasında insident yaşanıb.
Lakin hadisə yerinə polislərin də gəlməsi münaqişənin böyüməsinə səbəb olub və nəticədə yerli sakinlər hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum ediblər.
Səkkiz nəfərin saxlanıldığı bildirilir.