Almaniyada müsəlman qəbiristanlıqlarına hücumlar davam edir.
“Haber Global” bildirir ki, növbəti belə hücum Şimali Reyn-Vestfaliya federal əyalətinin İzerlon şəhərindəki qəbiristanlıqda qeydə alınıb. Belə ki, qəbiristanlıqdakı 100-dən çox məzardan 20-si naməlum şəxs və ya şəxslər tərəfindən dağıdılıb.
Əraziyə prokurorluq və polis əməkdaşları çağırılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparıblar.
Müsəlmanların məzarlarına hücumun Yeni il axşamı yerli vaxtla saat 01:30 və ya 02 radələrində baş verdiyi təxmin edilir.
Sakinlər dağıdılan qəbirləri düzəltməyə başlayıblar.
Senzor.az bildirir ki, Türkiyənin Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bəyanat verib və Almaniyadan müsəlman qəbiristanlığına hücum edənlərin tutulmasını, məsuliyyətə cəlb olunmasını və onlara layiq olduqları cəzanın verilməsini tələb edib.
Bəyanatda vurğulanıb ki, yeni il gecəsi baş verən hücum son vaxtlar xüsusilə Avropada artmaqda olan xəstə anti-islam zehniyyətinin növbəti göstəricisidir: "Ümid edirik ki, bu fəlakətli hücumun günahkarları müəyyən edilərək ədalət qarşısında cavab verəcək və layiq olduqları cəzanı alacaqlar. Bir də ümid edirik ki, belə hadisələrin baş verməməsi üçün lazımi tədbirlər görüləcək”.