Fransa XİN-in yüzlərlə əməkdaşından Makrona etiraz - “DİPLOMATLAR QİYAMI”
Fransanın xarici nümayəndəliklərində işləyən 800 yüksək vəzifəli diplomat Prezident Emmanuel Makronun siyasətindən narahatdır.
 
Teleqraf.com xəbər verir ki, bu barədə yerli KİV  məlumat yayıb.
 
Qeyd olunur ki, Makron ötən ilin aprelində ali dövlət xidmətlərinin yenidən təşkili ilə bağlı qərar imzalayıb, Fransanın xarici işlər üzrə məşvərət və səlahiyyətli departamentlərinin 2023-cü ildə bağlanacağını açıqlayıb.
 
Oktyabr ayında işlərini itirəcək diplomatlara yeni vəzifələrin veriləcəyi bildirilib.
 
Sözügedən kadrlara nazirliklər arasında keçid imkanı verilsə də, əvvəlki vəzifələrini itirəcək diplomatlar qərara etiraz edirlər.
 
“Le Monde” qəzetinə açıq məktub göndərən diplomatlar (150 nəfər)  bildiriblər: “Əgər bizə diplomat olaraq vəzifə verilibsə, bu, xaricdə işləmək üçündür. Bir gün Maliyyə Nazirliyində və ya Daxili İşlər Nazirliyində işləmək üçün yox”.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.