Xəbər verdiyimiz kimi, bu gün saat 18 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qətlə yetirib.
Senzor.az üç hərbçinin qətlində ittiham olunan E.Əvəzlinin (başda) və onun qurbanlarının- baş-leytenant Yusif İsmayılov, kiçik gizir Amil Cəlilzadə və kiçik gizir Rəfail İbrahimovun fotolarını (aşağıda) təqdim edir.