
Bunu “Hürriyyət” qəzetinə müsahibəsində Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.
Nazir qeyd edib ki, hazırda ən vacib hədəf Qafqazda sabitliyin təmin edilməsidir.
“Arzumuz budur ki, Qafqazda sabitlik, əmin-amanlıq mühiti yaransın. Zəngəzur və Laçın dəhlizi ilə bağlı məsələlərin həll olunacağına inanırıq”, - deyə Akar vurğulayıb.
Nazir Ermənistanın bu çağırışa reaksiyası barədə suala “Bu, dalandır. Ermənistan sülh və sabitliyə qayıtmağın zəruriliyini qəbul edərək bu yola daxil oldu”, - cavabını verib.