Qazaxıstanın bütün ərazisində fövqəladə vəziyyət rejimi elan edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkə Prezidenti Kasım-Jomart Tokayev fərman imzalayıb.
Bundan əvvəl fövqəladə vəziyyət bir neçə bölgədə elan edilmişdi.
Fövqəladə vəziyyət mitinqlərin və insanların digər kütləvi toplaşmalarının qadağan edilməsini nəzərdə tutur. Fərmana əsasən, fövqəladə vəziyyət rejimi yanvarın 5-dən 19-na kimi qüvvədə olacaq.
Xatırladaq ki, 2022-ci ilin ilk günlərində Janaozen və Aktau şəhərlərində maye qazın qiymətinin ikiqat bahalaşması əleyhinə aksiyalar başlayıb. Etirazlar digər şəhərlərə də yayılıb. Bu gün səhər saatlarında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib.
Hazırda ölkədə etirazlar davam edir. Nümayişçilər “Qazaxıstan” televiziya kanalı, Almatı hava limanı kimi mühüm obyektlərə daxil olaraq dağıntılar törədiblər.