
Tədbiri giriş sözü ilə açan S.Yesenin adına Azərbaycan-Rusiya Ədəbi Əlaqələr Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Natavan Mustafayeva qonaqları salamlayaraq, Azərbaycan və Rusiya dövlətləri arasında ədəbi-mədəni əlaqələrin daha da inkişaf etməsini, Yesenin xatirə ev-muzeyinin iki ölkə üçün dostluq rəmzinə çevrilməsini xüsusi vurğulayıb və ölməz rus şairi Yeseninin şəxsiyyəti və yaradıcılığı ilə bağlı diqqətəlayiq məqamlara toxunub.
Daha sonra Sergey Dmitriyev “Yeseninin müəmmalı ölümü” adlı tutarlı dəlillərlə zəngin olan müfəssəl məruzə ilə çıxış edib. O, çıxışında Sergey Yeseninin intihar etməsi faktının yanlış olduğunu və illər uzunu apardığı axtarışlar zamanı üzə çıxardığı bir çox dəlilllərə söykənərək, şairin həyatına qəsd edilməsini sübuta yetirməyə çalışıb.

Qabil YUSİFOĞLU
(Senzor.az üçün)