Rusiya XİN-dən Blinkenin “Əgər evinizdə ruslar varsa…” atmacasına analoji cavab
“AMERİKALILAR SİZİN EVİNİZDƏ OLANDA...”
“Bu gün (dünən-red.) ABŞ-ın dövlət katibi Entoni Blinken Qazaxıstanda baş verən faciəli hadisələrlə bağlı tipik acınacaqlı şəkildə zarafat edib”. 

Rusiya Xarici İşlər Nazirliyinin “Telegram” kanalında yayımlanan açıqlamasında belə deyilir.
 
Bildirilib ki, Blinken “Qazaxıstan rəhbərliyinin təhlükəsizliyin təmin edilməsində yardım göstərmək çağırışına Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tamamilə qanuni cavabını” bədniyyətli ifadə ilə müşayiət edib.
 
E. Blinkenin “Əgər sizin evinizdə ruslar varsa, onları çıxmağa məcbur etmək çətin olacaq” ifadəsinə Rusiya XİN-in cavabı belə olub: “Əgər Entoni Blinken tarix dərslərini çox sevirsə, qoy o, aşağıdakılara diqqət yetirsin: amerikalılar sizin evinizdə olanda qarət edilmək və ya zorlanmamaq deyil, sağ qalmaq çətin ola bilər. ABŞ dövlətçiliyinin 300 ili ərzində ancaq onlara bu öyrədilib. Şimali Amerika qitəsinin hinduları, koreyalılar, vyetnamlılar, iraqlılar, panamalılar, yuqoslavlar, liviyalılar, suriyalılar və bu çağırılmamış qonaqları öz evlərində görmək nəsib olmayan bir çox başqa bədbəxt insanlar bu barədə çox şey danışacaqlar”.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.