Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla dövlət sərhədinin Kəlbəcər istiqamətində təxribat törədərkən zərərsizləşdirilən daha bir erməni hərbçi ilə bağlı məlumat yayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu, 2003-cü il təvəllüdlü sıravi əsgər Vahan Babayandır.
Bununla da yanvarın 11-də məhv edilən erməni hərbçilərinin rəsmi formada etiraf olunan sayı 3-ə çatıb.
Qeyd edək ki, ötən gün günorta saatlarından etibarən Ermənistan Silahlı Qüvvələrinin başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.
Təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.
Azərbaycan Ordusunun cəza tədbirləri nəticəsində qarşı tərəf itki verərək geri çəkilib.
**23:08 (11.01.2022)
Kəlbəcər istiqamətində baş verən toqquşmada Ermənistan ordusunun iki hərbi qulluqçusu ölüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirliyin məlumatına görə, ölən erməni hərbi qulluqçuların adları Artur Mxitaryan və Rudik Qaribyandır.
Daha iki erməni hərbçinin yaralandığı qeyd olunur.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.
Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
**20:41
Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.
Senzor.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
Qeyd olunur ki, Azərbaycan Ordusunun bölmələri həmin istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirir.