Ermənistan parlamentində "Türk agenti" atmacası qalmaqal yaratdı
VİDEO
Ermənistan parlamentində növbəti dəfə qalmaqal yaşanıb. 
 
Yerli KİV bildirir ki, vitse-spiker Ruben Rubinyan müxalif deputatlarla dava edib.
 
Mətbuatın yazdığına görə, bazar ertəsi parlamentin iclasında “Hayastan” fraksiyasının nümayəndəsi Aqnes Xamoyan bildirib ki, Rubinyan Türkiyədə "təcrübə" keçib və araşdırmalar aparıb. O, “türk agenti” ola bilər. Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesində Ermənistanın xüsusi nümayəndəsi olan parlamentin vitse-spikeri Ruben Rubinyan isə müxalifətdən olan deputatlara sərt şəkildə xəbərdarlıq edib ki, əgər həmkarları onu Türkiyə ilə əlaqələrdə ittiham etməyə son verməsələr,  səbr kasası daşa bilər. Rubinyan bütün bu kimi iddiaların əsassız olduğunu bildirib və cavab addımlarına əl ata biləcəyini qeyd edib. Xamoyanın etiraz etmək cəhdləri isə uğursuz alınıb: Rubinyan ona danışmağa imkan verməyib.
 
Bundan sonra vitse-spiker parlamentin digər sədr müavini Akop Arşakyanın çıxışı zamanı müxalifətlə iqtidaryönlü deputatlar arasında yaranmış söz atışmasına görə parlamentin iclasını yarımçıq dayandırıb.
 
Rubinyan “Hayastan” fraksiyasından olan deputat Hripsime Stambulyana da irad bildirərək, müxalifəti sakitləşməyə çağırıb.
 
Azvision.az xatırladır ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda xaotik siyasi durum yaranıb. Parlamentdə isə bir neçə dəfə dava və söz atışması baş verib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.