Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ Dövlət katibi Entoni Blinken arasında görüş keçirilib. Bu barədə Ukrayna Prezidenti "Twitter"də paylaşım edib.
Paylaşımda deyilir: “Birləşmiş Ştatların siyasi və təhlükəsizlik dəstəyinə görə minnətdarıq. Ölkələrimiz arasında iqtisadi və maliyyə əməkdaşlığının genişlənməsinə arxayınıq. Əminəm ki, Ukraynanın iştirakı olmadan Ukrayna ilə bağlı qərar olmayacaq".