Rusiya və İran XİN başçıları Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər
YENİLƏNİB

Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında görüş keçirilib.
 
Senzor.az bildirir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
 
Məlumata görə, görüş zamanı Əfqanıstan, Suriya, Cənubi Qafqaz və Xəzər də daxil olmaqla regional məsələlər müzakirə olunub.
 
Həmçinin, nazirlər dünya siyasətinin müəyyən məsələləri, Rusiya-İran əməkdaşlığının inkişaf perspektivləri, o cümlədən iki ölkə arasında siyasi dialoqun inkişafı, mədəni-humanitar əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparıblar.
 
**13:54

“Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrovla İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında görüş olacaq”.
 
TASS xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
 
O bildirib ki, nazirlər ikitərəfli qarşılıqlı əlaqələri müzakirə edəcəklər: “Həmçinin bir sıra aktual beynəlxalq mövzular, xüsusilə də İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpası üzrə Vyanada aparılan danışıqlar prosesi ətrafında yaranmış vəziyyət və ayrı-ayrı regional mövzular üzrə fikir mübadiləsi aparılacaq”.
 
Qeyd edək ki, görüş İran Prezidenti İbrahim Rəisinin Moskvaya səfəri çərçivəsində baş tutacaq. Dövlət başçısının Rusiyaya rəsmi səfəri yanvarın 19-da başlayıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.