Müşaviri də Ramiz Mehdiyevlə razılaşmadı:
“ƏLİMDƏ BİR NEÇƏ MÜHÜM ƏSAS VAR”
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidentinin müşaviri, akademik Möhsün Nağısoylu Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətində “hörümçək” sözünün yer almaması ilə bağlı AMEA prezidenti Ramiz Mehdiyevin ötən gün Rəyasət Heyətinin iclasında səsləndirdiyi fikirlərə münasibət bildirib.
 
Senzor.az bildirir ki, M.Nağısoylu jurnalistlərə açıqlamasında R.Mehdiyevə izahat verməyə hazır olduğunu deyib.
 
Onun sözlərinə görə, lüğətin çapa gedən kompüter variantında, yəni siqnal nüsxədə “hörümçək” sözü olub: “Ola bilər ki, lüğət bir kompüterdən digərinə köçürüləndə o söz çıxıb. Bunu qəsdən çıxarmağımız mümkünsüzdür. Bunun təxribat olmasına da inanmıram, bu, sırf texniki məsələdir. Əgər bizim məqsədimiz o sözü çıxarmaq olsaydı, onda niyə eyniköklü digər sözləri saxlayırdıq? Axı orada hörümçəkkimilər, hörümçəyə oxşar, hörümçəyəbənzər sözləri var”.
 
“Bizim əlimizdə bir neçə mühüm əsas var: Birincisi, bu söz bizim kompüterimizdə, yəni nəşrə gedən sonuncu variantda var. İkincisi, kitab şəklində bizə təqdim olunan siqnal variantında var. Üçüncüsü, lüğətdə bu sözlə eyniköklü olan ifadələr var. Dördüncüsü, "spayder" sözünün "hörümçək" deyil, məhz başqa məna daşıması ilə bağlı əsas mənbə var - bu da 2016-da çap olunub, internetdə də mövcuddur. Bir daha demək istəyirəm ki, yeni lüğətdəki “spayder” sözü isə hörümçək sözünün tərcüməsi anlamında verilməyib və bu sözün texniki termin kimi mənası mövcuddur. Bütün bunları izahat kimi Ramiz Mehdiyevə deyə bilərəm”, - akademik M.Nağısoylu bildirib.
 
Qeyd edək ki, Ramiz Mehdiyev ötən gün AMEA Rəyasət Heyətinin iclasında Dilçilik İnstitutunun nəşr etdirdiyi Orfoqrafiya lüğəti ilə bağlı mətbuatda yazılanlara münasibət bildirib. O deyib ki, lüğətin nəşrinə məsuliyyət daşıyan şəxslərin verdikləri izahatlarla razı deyil. R.Mehdiyev onlardan daha ciddi və əsaslı izahatlar gözlədiyini söyləyib.
 
Xatırladaq ki, hazırda qalmaqala çevrilən lüğətin elmi redaktoru həmin vaxt Dilçilik İnstitutunun direktoru vəzifəsində çalışan akademik Möhsün Nağısoylu olub.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.