ABŞ da Ukraynadakı diplomatlarının ailələrini təxliyə edir – BÖYÜK MÜHARİBƏ TƏHLÜKƏSİ REALLAŞIR?
"ABŞ yaxın günlərdə Ukraynadakı səfirliyinin əməkdaşlarının ailələrini təxliyə edə bilər".
 
Senzor.az bildirir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
 
Plana əsasən, səfirlik əməkdaşlarının ailə üzvlərinin məcburi təxliyəsi gözlənilir.
 
Diplomatik missiyanın işi üçün vacib funksiyaları yerinə yetirməyən işçilər də ölkəni tərk edə biləcəklər, lakin getmə qərarını özləri verəcəklər.
 
Yeri gəlmişkən, “The New York Times” qəzeti 3 gün əvvəl Ukrayna Təhlükəsizlik Xidmətinin yüksək rütbəli rəsmisinə istinadən Rusiyanın Ukraynadakı diplomatik korpuslarında işləyən əməkdaşlarını bu ölkədən çıxarmağı planlaşdırdığı barədə yazmışdı.
 
Qeyd edilirdi ki, yanvarın 5-də artıq 18 nəfər ölkəni tərk edib. Onların arasında əsasən rus diplomatlarının uşaqları və həyat yoldaşları olub.
 
Mənbənin məlumatına görə, yaxın vaxtlarda Kiyevdəki səfirliyin və Lvovdakı konsulluğun 30 nəfər əməkdaşının da Ukraynanı tərk edəcəyi gözlənilir.
 
Qəzetin yazdığına görə, bu məlumatı ABŞ-ın bəzi rəsmi nümayəndələri də təsdiqləyiblər və Vaşinqtonun gözlənilən evakuasiyadan xəbəri olduğunu bildiriblər.
 
“Rusiya hökumətinin dekabrın sonu və yanvarın əvvəlində diplomatların ailə üzvlərini Ukraynadakı səfirlikdən təxliyə etməyə hazırlaşdığına dair məlumatımız var idi”, - açıqlamada deyilirdi.
 
Bu əsnada hər iki ölkənin KİV-i, eləcə də dünya mediası  Rusiya-Ukrayna sərhədində vəziyyətin son dərəcə gərgin olaraq qaldığını bildirirlər.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.