Rəisi Ərdoğanla danışdı: “REGİONDA SABİTLİYİN YEGANƏ YOLU...”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı İbrahim Rəisi arasında telefon danışığı olub.
 
“Mehr” agentliyi bildirir ki, liderlər telefon söhbətində ikitərəfli və regional məsələləri müzakirə ediblər. Tehranla Ankara arasında əməkdaşlıq və koordinasiya səviyyəsinin artırılmasının vacibliyi vurğulanıb.
 
İran prezidenti telefon söhbətində regionda davamlı təhlükəsizlik və sabitliyin yeganə yolu kimi ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyin zəruriliyini vurğulayıb.
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da yaxın vaxtlarda Tehrana səfər etməkdə maraqlı olduğunu bildirib. O, qeyd edib ki, Türkiyə İranla əlaqələri gücləndirmək üçün müxtəlif iqtisadi əməkdaşlıq istiqamətlərinin siyahısını hazırlayıb.
 
Rəisinin Moskva səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşünə də toxunan Türkiyə lideri səfərin faydalı nəticələrinin tezliklə müxtəlif sahələrdə görünəcəyinə ümid etdiyini bildirib və regional təhlükəsizliyə nail olmaq üçün ölkəsinin İrana dəstəyini ifadə edib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.