Brüsseldə iğtişaşlar: Aİ-nin bayrağı yandırıldı - AZI 15 NƏFƏR XƏSARƏT ALIB
VİDEO
Bazar günü Belçikanın paytaxtı Brüsseldə koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlərə qarşı “Avropanın azadlıq nümayişi” keçirilib.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, nümayişdən sonra iğtişaşlar baş verib.
 
Brüssel-İxelles şəhərinin mərkəzi zonası polis idarəsinin yaydığı  məlumatda  deyilir ki, "Ən azı 12 etirazçı və 3 polis yaralanıb".



Polisin hesablamalarına görə, Avropada sanitar məhdudiyyətlərə qarşı nümayişdə 50 min nəfərə qədər insan iştirak edib. Brüsselin Avropa Məhəlləsində keçirilən nümayişdən sonra polislə toqquşmalar və 1 000 nəfərə qədər adamın iştirak etdiyi talanlar olub. 
 
Etirazçılar polis avtomobillərinə hücum edib, Avropa İttifaqının (Aİ) bayrağını yandırıblar.
 
Onlar həmçinin hökumətin istefasını tələb ediblər. Hazırda şəhər küçələri əsl döyüş meydanını xatırladır.
 
Polis təzyiqli su və gözyaşardıcı qazdan istifadə edib, onlarla nümayişçi saxlanılıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.