Bu gün Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin işi üzrə növbəti məhkəmə iclası keçiriləcək.
“Report” xəbər verir ki, proses Tbilisi Şəhər Məhkəməsində saat 12:00-da başlayacaq.
Məhkəmə işi 2007-ci ilin noyabrın 7-də müxalifətin mitinqinin dağıdılması, “İmedi” teleşirkətinə hücum və iş adamı Badri Patarkatsişvilinin əmlakının müsadirəsi ilə bağlıdır.
M.Saakaşvilinin iclasda iştirak etməyəcəyi gözlənilir.
Qeyd edək ki, sabiq dövlət başçısı ötən ilin sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə saxlanılıb. Siyasətçi hazırda Rustavi şəhərindəki 12 saylı cəzaçəkmə müəssisəsindədir.