
BBC xəbər verir ki, üç gün davam edəcək danışıqlarda ölkədə insan haqları və humanitar böhran müzakirə olunacaq.
Avropa tənqidçiləri “Taliban”la görüşlərin hərəkat nümayəndələri üçün mükafat olduğunu iddia edirlər. Bu səbəbdən də bir sıra etiraz aksiyaları keçirilib.

Hazırda Əfqanıstanda işsizlik və ərzaq qiymətlərinin yüksəlməsi müşahidə olunur, valyutasının dəyəri isə kəskin ucuzlaşır və banklar nağd pul çıxarmağa məhdudiyyət qoyurlar.
Birləşmiş Millətlər Təşkilatı xəbərdarlıq edib ki, əfqanların 95 faizinin qidası çatmır və aclıq əhalinin 55 faizinin həyatını təhdid edir.