
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Vaşınqtonda jurnalistlərlə söhbətində deyib.
Vladimir Putinə qarşı sanksiyaların mümkünlüyü barədə sualına ABŞ lideri lakonik cavab verib: “Bəli, mümkündür”.
Xatırladaq ki, bundan əvvəl ABŞ-ın demokrat senatorları Ukraynaya müdaxiləsi halında Rusiyanın ali rəhbərliyinə, o cümlədən Prezidentə və yüksək rütbəli hərbi məmurlara, banklara və əmtəə şirkətlərinə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsi hazırlayıblar.
Rusiya tərəfi isə dəfələrlə bəyan edib ki, qonşu dövlətə qarşı təcavüz planlaşdırmır.