İrəvanda 2020-ci il 10 noyabr iğtişaşları - MTX TƏŞKİLATÇININ ADINI AÇIQLADI
2020-ci il noyabrın 10-da İrəvanda baş vermiş kütləvi iğtişaşlarla bağlı daha iki aksiya iştirakçısının cinayət işi üzrə istintaq başa çatıb. 
 
Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.
 
Ermənistan MTX-nın İstintaq İdarəsi kütləvi iğtişaşlar, Ermənistan parlamentinin və hökumətinin binalarına soxulma, güc tətbiq etmə, dövlət əmlakına ziyan vurma, qanunsuz silah saxlama, zorakılığa və konstitusion quruluşu, hakimiyyəti devirməyə çağırışlarla bağlı işlərə baxmağı davam etdirir.
 
İstintaqın məlumatına görə, “Alternativ” ictimai təşkilatının rəhbəri Narek Mantaşyan iğtişaşlar zamanı Hökumət binasında olarkən etirazların coğrafiyasını genişləndirmək üçün canlı yayımda mediaya, eləcə də aksiyanın digər iştirakçılarına müraciət edib. MTX-nın məlumatına görə, o, faktları təhrif edərək, guya məmurların ölkəni tərk etməyə çalışdıqları barədə yalan informasiyalar yayıb, daha sonra insanları kütləvi şəkildə zorakılıq və əmlaka ziyan vurmaqla bağlı meydanlara çağırıb. Əsasən də o, xüsusi mühafizə olunan obyektə - Zvartnots hava limanına gedən yolu bağlamağa çağırıb. O, həmçinin məmurların hökumət iqamətgahından və ölkədən çıxmasının qarşısını almağa çalışıb. Beləliklə, Mantaşyan kütlənin hərəkətlərini istiqamətləndirərək, onu adıçəkilən yerlərə yönəldib və şəxsən özü də Zvartnots hava limanına gedib təşkilatçı kimi cinayət planlarının həyata keçirilməsinə nəzarət edib.
 
Həmçinin qeyd edilir ki, bu cinayət əməlləri nəticəsində digər aksiya iştirakçıları, o cümlədən təqsirləndirilən şəxs G.G. əmlakın dağılması və zədələnməsi ilə müşayiət olunan iğtişaşlarda iştirak edərək hava limanına gediblər. Xüsusi nümayəndə heyətləri zalının qapı və pəncərəsi sındırılıb, aksiya iştirakçıları uçuş-enmə zolağına daxil olaraq hərəkətdə olan təyyarəni saxlamağa cəhd ediblər.
 
Bundan başqa, Mantaşyanın çağırışı ilə daha 50 nəfər Hökumət binasından hökumət iqamətgahına gedərək, darvazanı sındırıb, baş nazirin malikanəsinə daxil olaraq əmlak ziyan vurublar. Burada əşyaları da oğurlayıblar. 
 
Milli Təhlükəsizlik Xidməti onu da bildirir ki, Mantaşyan hökumət binasından təxminən 55 min dram dəyəri olan Ermənistan bayrağını oğurlayıb. Narek Mantaşyan artıq həbs edilib.
 
Ümumi cinayət işi çərçivəsində isə 29 şəxs barəsində 10 iş ayrılaraq növbəti məhkəmə proseslərinə göndərilməsi üçün prokurora təhvil verilib...
 
Azvisioin.az xatırladır ki, İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətlə üzləşən Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 10-na keçən gecə kapitulyasiya aktına imza atdığı üçün bir qrup şəxs hökumət və parlament binalarına soxularaq, o vaxtkı spiker Ararat Mirzoyanı döymüşdü. Bundan başqa strateji dövlət obyektlərini tutmağa cəhdlər edilmişdi.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.