ABŞ Rusiyanın təhlükəsizlik təkliflərinə cavab verdi
NATO TƏCİLİ MƏTBUAT KONFRANSI ÇAĞIRDI
Ağ Ev Rusiyanın təhlükəsizlik sahəsindəki təkliflərinə yazılı cavab verib.
 
TASS bildirir ki, ABŞ-ın irəli sürülən təkliflərə cavablarını əks etdirən sənəd artıq Rusiya tərəfinə çatdırılıb.
 
Bununla yanaşı, NATO-nun baş katibi təcili mətbuat konfransı çağırıb. Tədbirin Bakı vaxtilə saat 22.00-da başlayacağı bildirilib.
 
Qeyd edək ki, ötən ilin sonunda Rusiya ABŞ və NATO ilə təhlükəsizlik təminatına dair sazişin layihələrini dərc edib. Moskva Qərb dövlətlərindən NATO-nun şərqə doğru genişlənməsindən, Ukraynanın Alyansa qəbul edilməsindən və postsovet ölkələrində hərbi bazaların yaradılmasından imtina etmək üçün hüquqi təminat tələb edib. Təkliflərdə həmçinin NATO-nun hücum silahlarının Rusiya sərhədləri yaxınlığında yerləşdirilməməsi və Şərqi Avropadakı Alyans qüvvələrinin 1997-ci ildəki mövqelərə qayıtması ilə bağlı bənd də var.
 
Cavabın nə olduğu isə açıqlanmır, amma Qərb mediasının yazdığına görə, Vaşinqton NATO-nun genişlənməsindən imtina etməyəcəyini bildirib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.