Rusiya ABŞ və NATO-ya cavablar hazırlayır –
SON QƏRARI PUTİN VERƏCƏK
“Rusiya ABŞ və NATO-nun ölkənin təhlükəsizlik zəmanətləri ilə bağlı cavabına müxtəlif reaksiya variantları hazırlayır”.
 
Senzor.az bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli radiostansiyalara verdiyi müsahibəsində deyib.
 
XİN rəhbəri qeyd edib ki, Avropada təhlükəsizliyin təmin edilməsi üçün qarşılıqlı məqbul prinsiplərlə bağlı razılaşmaq cəhdləri bir nəticə verməsə, Rusiya cavab tədbirləri görəcək.
 
Bu tədbirlərin necə olacağına dair suala cavab verən Lavrov deyib: “Onlar müxtəlif ola bilər. Hərbçilərimizin mənə təqdim edəcəyi təkliflər əsasında qərar verəcəm. Əlbəttə, digər qurumlar da bu təkliflərin hazırlanmasında iştirak edəcəklər. Hazırda alınan cavabların idarələrarası nəzərdən keçirilməsi həyata keçirilir”.
 
O xüsusi vurğulayıb ki, son qərarı Rusiya Prezidenti Vladimir Putin verəcək.
 
Xatırladaq ki, NATO və ABŞ yanvarın 26-da Rusiyanın təkliflərinə yazılı cavab verib. Məlum olub ki, tərəflər Moskvanın əsas tələblərini yerinə yetirmək fikrində deyillər.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.