Xorvatiya Prezidenti Zoran Milanoviç Baş nazir Andrey Plenkoviçi Ukraynaya işləməkdə ittiham edib.
Bu barədə Xorvatiya lideri “RTL” telekanalına müsahibəsində deyib.
“Plenkoviç Ukrayna agenti, mən isə Xorvatiya prezidenti kimi fəaliyyət göstərirəm. Bu, böyük fərqdir. Mən ruslarla dost deyiləm. Mən heç vaxt rəsmi olaraq orada olmamışam. Heç vaxt Rusiya səfiri ilə qəhvə içməmişəm”, - Milanoviç deyib.
Eyni zamanda, siyasətçi qeyd edib ki, Ukraynada insanlar İkinci Dünya Müharibəsi zamanı yəhudiləri və polyakları öldürənlərə heyran olublar.
Bundan əlavə, o, Ukrayna hakimiyyətini separatçılarla danışıqlara çağırıb: “Onlarla danışıq lazımdır, nüvə gücü ilə qarşıdurmaya girməməlisiniz. Kim onları həvəsləndirirsə, onlar şarlatanlardır və Avropa Birliyində belələri çoxdur”.
Azvision.az xatırladır ki, daha əvvəl Xorvatiyanın Baş naziri Andrey Plenkoviç Prezident Zoran Milanoviçin, Ukraynanın 2014-cü ildə korrupsiya və qeyri-demokratik hakimiyyət dəyişikliyi səbəbindən NATO-ya üzv ola biməyəcəyinə dair sözlərinə görə ukraynalılardan üzr istədiyini bildirib. Baş nazir Prezidentin açıqlamalarını cəfəngiyyat adlandırıb.