Tramp Baydeni hədələdi:
“HAKİMİYYƏTƏ QAYIDAN KİMİ...”
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Texas ştatının Konro şəhərində keçirilən mitinqdə tərəfdarları qarşısında çıxış edərkən hakimiyyətə qayıdan kimi Co Baydenə qarşı korrupsiya təhqiqatına başlayacağını bəyan edib. 
 
Siyasətçi onun Respublikaçılar Partiyasından olan həmkarlarının bu il noyabrın 8-də keçiriləcək aralıq seçkilərdə Nümayəndələr Palatasında və Senatda səs çoxluğu əldə edəcəyinə əmindir.
 
“Əmin olun ki, Respublikaçılar Konqresi geri qazandıqda, Baydenin korrupsiyası Konqres tərəfindən araşdırılacaq və ifşa olunacaq. Baydenin Çindən götürdüyü milyonlarla dollar hamıya məlumdur”,- Tramp bildirib. 
 
Modern.az xatırladır ki, Ağ Evin hazırkı rəhbəri, xüsusən də Ukraynanın “Burisma” şirkətinin İdarə Heyətində yer alan oğlu Hunterin çoxsaylı xarici biznes layihələrində iştirakı ilə bağlı ittihamları rədd edir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.